19 Yanvar 2026, Bazar ertəsi
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Xarici futbol

“Olimpiakos” “Qarabağ”ın yolu ilə getdi

Avroliqanın qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan klublar bu gün ölkə çempionatında növbəti matçlarını keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ”a uduzan PAOK “Olimpiakos”la matçda da xal qazana bilməyib. Baxmayaraq ki, PAOK matça yaxşı başlayıb. Belə ki, 6-cı dəqiqədə Varela Saloniki təmsilçisini hesabda önə keçirib. Lakin az sonra PAOK-un üzvü avtoqol müəllifi olub. Görüşün 90+6-cı dəqiqəsində isə “Olimpiakos” qələbə qolunu vurub - 2:1. 6 oyundan sonra 8 xalı olan PAOK turnir cədvəlində 7-cidi.

“Slovan” Çexiya çempionatının 11-ci turunda “Hradec Kralove”ni 2:0 hesabı ilə üstələyib. Bartlın dublu Liberets klubuna qələbə qazandırıb. 12 xalı olan “Slovan” turnir cəvəlində 11-ci yeri tutur.

“Fiorentina” isə “A” seriyasının 9-cu turunda “Kalyari”ni 5:3 hesabı ilə məğlub edib. Florensiya klubuna qələbə gətirən qollar Kaliniç (3) və Bernardeski (2) vurub. Bu qələbədən sonra “Florensiya” 12 xalla 11-ci yeri tutur.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31