21 Oktyabr 2026, Çərşənbə
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Xarici futbol

Ceyms Vardi valideynlərini toyuna dəvət etmədi

“Lester”in hücumçusu Ceyms Vardi yenə mətbuatın gündəmini zəbt edib. Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı forvard bu dəfə oyunu ilə deyil, şəxsi həyatı ilə diqqətləri üzərinə cəlb edib. Belə ki, bu günlərdə “Lester”in forvardı ailə həyatı qoyub. Ceyms Vardi Bekki Nikolsonla evlənib. Cütlüyün artıq uşaqları da var. Buna baxmayaraq, ingilis hücumçunun valideynləri oğullarının Nikolsonla nigaha daxil olmasına qarşı çıxıblar. Bekki Nikolsonun daha əvvəldən fərqli kişilərdən 2 övladının olması Vardinin valideynlərinin ürəyincə deyil. Amma futbolçu valideynlərini deyil, sevdiyi qadını seçib. Bir müddətdir atalığı və anası ilə danışmayan futbolçu onları toyuna da dəvət etməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31