7 Yanvar 2026, Çərşənbə
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Xarici futbol

Ronaldo “Qızıl buts”a qovuşdu

“Real”ın hücumçusu Kriştianu Ronaldo ötən mövsümün yekununa əsasən sahib çıxdığı “Qızıl buts” mükafatına qovuşub. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı ulduz deyib: “İlk növbədə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar olmasaydı, bu mükafatı qazanmazdım. Həmçinin ailəmə, azarkeşlərə, mənə dünyanın ən yaxşı klubunda oynamaq şəraiti yaradanlara minnətdaram. Karyeram ərzində üçüncü dəfə “Qızıl buts” qazanıram. Azarkeşlərin sevgisini hiss etmək çox xoşdur. Oyunumla bu sevginin qarşılığını verməyə çalışıram”.

Qeyd edək ki, 2013/14 mövsümündə Ronaldo La Liqada 31 qol vurub. Cari çempionatda isə artıq onun hesabında 17 qol var. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31