19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Boks üzrə Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start veriblər

Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, hazırlıqlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir.

Bakı Boks Mərkəzində təşkil olunan beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər. Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq.

Qeyd edək ki, türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31