3 Sentyabr 2026, Cümə axşamı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu

Digər idman növləri

Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli olub

Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib və Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Turnirdə 44 ölkədən 400 idmançı (222 oğlan, 178 qız) mübarizə aparacaq.

Sentyabrın 3-dən 6-dək baş tutacaq qitə birinciliyinin təsnifat mərhələsi 11:30-da, final bloku isə 18:00-da start götürəcək.

Qızlar

48 kq, 1/16 final

Nərgiz Əhmədova – Mariana Pereyra (Portuqaliya)

Gülgəz Musayeva – Kseniya Vayner (Moldova)

52 kq, 1/16 final

Aysun Məmmədova – Marqarita Miroşniçenko (Ukrayna)

57 kq, 1/16 final

Aytən Verdiyeva – Marketa Korçakova (Çexiya)

57 kq, 1/8 final

Xədicə Qədəşova – Nika Tomç (Sloveniya) / Luka Veq (Macarıstan) cütünün qalibi ilə

Oğlanlar

60 kq, 1/16 final

Ayxan Mirzəzadə – Stratos Çaralampus (Kipr)

66 kq, 1/16 final

Məhəmməd Musayev – Robert Yakimov (Estoniya)

73 kq, 1/16 final

Əbil Yusubov – Kassim Brosso (Fransa)

81 kq, 1/16 final

Cəsur İbadlı – Yaqor Talaka (Belarus) / Sergey Karakin (Ukrayna) cütünün qalibi ilə

Mehdi Abbasov – Petar Payoviç (Monteneqro)

90 kq, 1/16 final

Aslan Kotsoyev – Anton Dimitrov (Bolqarıstan)

Süleyman Şükürov – David Yurkovski (Fransa)

100 kq, 1/16 final

Davud Namazlı – Mayus Genis (Litva)

+100 kq, 1/8 final

Ramazan Əhmədov – Martin Sedlak (Çexiya) / Luka İvankoviç (Xorvatiya) cütünün qalibi ilə yarışacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30