18 Oktyabr 2026, Bazar günü
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Digər idman növləri

Azərbaycan millisinin məşqçisi vəfat edib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib.

1959-cu il fevralın 1-də Ağsu rayonunda anadan olan Məmmədyarov uşaq yaşlarından sərbəst güləşlə məşğul olmağa başlayıb. O, dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub, həmçinin veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.

Mütəxəssis 2008-ci ildən sərbəst və qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarında çalışıb. Məşqçinin fəaliyyəti dövründə pəhləvanlar dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar əldə ediblər.

Qeyd edək ki, səmərəli fəaliyyətinə görə "Əməkdar məşqçi" fəxri adına layiq görülən Həsrət Məmmədyarov "Tərəqqi" medalı ilə də təltif olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31