13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Digər idman növləri

Azərbaycanın 12 avarçəkəni Gürcüstandakı reqatada iştirak edəcək

Azərbaycan avarçəkənləri Gürcüstanın Poti şəhərində təşkil olunacaq beynəlxalq reqatada iştirak edəcəklər.

Futbolxeber.az saytına Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib ki, iyulun 10-dan 12-dək keçiriləcək yarışda ölkəmiz 12 idmançı ilə təmsil olunacaq.

Akademik avarçəkmə növündə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov və İsabala Dadaşzadə qüvvələrini sınayacaqlar. Kanoe yarışlarında Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov medal uğrunda mübarizə aparacaqlar.

Kayak üzrə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə bacarıqlarını göstərəcəklər.

Yığmaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31