13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Digər idman növləri

Vüsalə Kazımova Millətlər Liqasında FIVB-nin tibbi nümayəndəsi olacaq

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Serbiyanın paytaxtı Belqradda keçirilən Millətlər Liqasında (VNL) qadın və kişi komandaların oyunlarında iş başında olacaq.

Futbolxeber.az saytına bu barədə AVF-dən məlumat verilib.

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasının üzvü sözügedən turnirdə FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.

V.Kazımova yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.

Xatırladaq ki, ötən gün başlayan qadınların yarışı iyulun 12-də başa çatacaq. Kişilərin mübarizəsi iyulun 15-19-u aralığında keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31