13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Digər idman növləri

Güləşçilərimizdən Avropa çempionatında daha 2 medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə millimiz daha 2 medal qazanıb.

Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya (6:1), Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya (8:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətovla (77 kq) Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31