23 Avqust 2026, Bazar günü
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Digər idman növləri

Rəşad Nəbiyev Avropa çempionatında uğurlu çıxış edən yeniyetmə cüdoçularla görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan millisi ilə görüşüb.

Futbolxeber.az saytına bu barədə ACF-dən məlumat verilib.

R.Nəbiyev komandanı 29 iyun – 2 iyul aralığında İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən Avropa çempionatında əldə olunan tarixi nəticə münasibətilə təbrik edib.

O, yarış boyunca idmançıların əzm və yüksək məsuliyyət nümayiş etdirdiklərini vurğulayaraq, son illərdə yeniyetmələr arasında qazanılan davamlı uğurların ölkədə cüdonun sistemli inkişafının göstəricisi olduğunu bildirib.

Federasiya prezidenti çıxışında cüdonun yalnız idman nəticələri ilə deyil, həm də yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, idmançıların sağlamlığının, xoşbəxtliyinin və hərtərəfli inkişafının hər zaman prioritet olduğunu vurğulayıb.

Rəşad Nəbiyev peşəkar yanaşmanın erkən yaşlardan vərdişə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, əldə olunan uğurların mükəmməlləşmə yolunda mühüm addım olduğunu və bu nəticələrin gələcəkdə daha böyük hədəflər üçün möhkəm zəmin yaratdığını bildirib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq 43 ölkə arasında mükafatların əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31