13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Digər idman növləri

AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib

Qış İdman Növləri Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəklə tramplindən tullanma idman növləri üzrə milli komandalarının üzvləri üçün mövsümöncəsi dopinqlə bağlı maarifləndirici onlayn təlim keçirilib.

Futbolxeber.az saytına bu barədə federasiyadan məlumat verilib.

AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov tərəfindən keçirilən təlimin əsas məqsədi idmançıların antidopinq qaydaları barədə biliklərinin artırılması, təmiz idman prinsiplərinin təşviqi və qarşıdan gələn yarışlar öncəsi onların məlumatlılığının gücləndirilməsi olub.

Təlim zamanı idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, qadağan olunmuş maddələr siyahısı, qida əlavələrinin istifadəsi zamanı yarana biləcək risklər, eləcə də antidopinq qayda pozuntularının hüquqi və idman nəticələri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, milli komandanın üzvlərini maraqlandıran suallar cavablandırılıb, real nümunələr əsasında dopinq risklərinin qarşısının alınması yolları izah edilib və yarışlar dövründə antidopinq tələblərinə tam riayət etməyin əhəmiyyəti xüsusi vurğulanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31