20 Avqust 2026, Cümə axşamı
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger

Digər idman növləri

Mingəçevirdə yeni güləş zalı istifadəyə verilib

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.

Futbolxeber.az saytına bu barədə AGF-dən məlumat verilib.

Qeyd olunub ki, bu çərçivədə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən sərbəst güləş bölməsi üçün yeni zal iyulun 4-də rəsmi istifadəyə verilib.

Bildirilib ki, bölmə 2025-ci il noyabrın 1-də Mərkəzi Ordu İdman Klubunun (MOİK) təşəbbüsü ilə yaradılıb.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MOİK-nın rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, eləcə də Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, istifadəyə verilən yeni zal Mingəçevirdə sərbəst güləşin inkişafına, istedadlı idmançıların yetişdirilməsinə və Azərbaycan güləşinin uğurlarının artırılmasına mühüm töhfə verəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31