21 Oktyabr 2026, Çərşənbə
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib

Xəzər rayonunun Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, Federasiya tərəfindən hər iki zal müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunub. Zallarda paltardəyişmə otaqları, məşqçi otaqları və digər köməkçi sahələr yaradılıb. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait təmin edilib.

Qeyd edək ki, 2022-2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31