6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Digər idman növləri

Cüdoçularımızdan Avropa Kubokunda uğurlu start

Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi ilk yarış gününü 8 medalla başa vurub. Onlar 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) yarışı gümüş medalla tamamlayıblar.

Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc mükafata sahib çıxıblar.

İlk yarış gününün ardından Azərbaycan komandası medal əyarına görə ümumi hesabda birinci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31