5 Sentyabr 2026, Şənbə
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb

Digər idman növləri

Bakı Kristal Zalı növbəti "Baku Open" şahmat festivalına ev sahibliyi edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti "Baku Open" Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Futbolxeber.az saytının AŞF-yə istinadən verdiyi məlumata görə, mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.

Festival üç qrupda (A, B, C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.

Qeyd edək ki, "Baku Open"in mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30