4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Cüdo Federasiyası Gəncədə kəmər imtahanı təşkil edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolxeber.az saytının ACF-yə istinadən verdiyi məlumata görə, imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.

İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir.

Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi şəkildə təsdiqlənməsi baxımından mühüm göstəricidir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31