20 Avqust 2026, Cümə axşamı
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger

Digər idman növləri

Azərbaycanı Böyük İpək Yolu turnirində 43 boksçu təmsil edəcək

Aprelin 2-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda ölkəmizlə yanaşı, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapoundjiyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31