Digər idman növləri
Toğrul Əsgərov məşqçisini danışdırmır - "Olimpiya çempionu olanda nə olar, adam “göylə gedər”?
Olimpiya çempionu Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov yetirməsindən şikayət edib. Publika.az xəbər verir ki, məşqçi “Futbol+” qəzetinə verdiyi müsahibədəToğrulla küsülü olduğunu, yetirməsinin ona salam vermədiyini bildirib. Müsahibəni ixtisrala təqdim edirik.
- Dedi-qoduya münasibətinizin pis olduğunu hiss etdik. Onda zəhmət olmasa deyin görə, Toğrulla aranızda inciklik var? Çünki camaat Gəncədə bu haqda yaman danışır. Deyilənə görə yetirmənizin uzun müddət güləşdən məşqlərdən kənar qalmasına etiraz etmişiniz və bunun üstündə aranızda narazılıq yaranıb ...
- Bəli, mən Toğrula həmişə doğru yol göstərmişəm. İndi də siz söhbət saldınız, açıq deyəcəm. Ona düz istiqamət göstərib demişəm ki, oğul, bu sənin yolundu, sona kimi bura ilə get. Ağıllı tərbiyəli ol, məşqlərdən icazəsiz qalma. Yığmanın məşqçilərinə federasiyanın rəhbərliyinə qulaq as. Nə olar adam olimpiya çempionu olanda? Sadə insan olmaq lazımdır. Quranda və başqa kitablarda da bu haqda yazılıb.
Sədi Şirazi deyir ki, “atam məni göydən yerə endirdi. Müəllimim isə yerdən göyə qaldırdı”. Doğru eşitmişiniz, aramızda müəyyən narazılıq olub. Toğrula həmişə doğru yol tutmasını deyib, faydalı məsləhətlər verməyə çalışacam. Məşqlərdən səbəbsiz qalmasını, çempion olandan sonra da “göylə getməsini” qəbul edə bilmərəm. Prezident mənə “Şöhrət” ordeni verib. Bunu elə-belə almamışam. 50 il əziyyət çəkmişəm, dünya və Avropa çempionları yetişdirmişəm. Təkcə Toğrul deyil, Habil İbrahimov, Rza Xəlilov, kimi çempionları və başqa güclü idmançıları yetişdirmişəm.
Tələbəm Vaqif Məmmədov SSRİ çempionu olub. Bu adı qazanmaq 2-3 dəfə olimpiya çempionu olmaq kimi bir şey idi. Görürsünüz, bu qədər uğurların qarşılığında mən yenə də xalqın içindəyəm. Həmişə demişəm ki, sadə olmaq lazımdır.
- Yəni siz Toğrulun dəyişdiyini inkar etmirsiniz?
- Elədi Mənə elə gəlir səhvini başa düşər. Yox, mən səhv etmişəmsə bağışlasın ki, ona düz yol göstərmişəm. Bax, buna görə aramızda narazılıq olub. Gəncədə mənim, Bakıda isə yığmanın məşqlərini çox buraxıb ki, bu da xoşuma gəlməyib. 66 yaşım var, mən bu sözləri müəllimi yox, yaxını, lap elə ağsaqqalı kimi deməyə borcluyam. Deməsəm, yol göstərməsəm, düzgün olmaz. Deyəndə də Toğrulun xətrinə dəyir. Gərək düz iş görməyəndə də ona “doğru eləmisən” deyəsən. Bu da alınmır.
- Eşitdiyimizə görə sizin yanınıza gəlmədiyi dövrlərdə təkbaşına kompleksdə məşq edirmiş.
- Getsin məşq etsin, pis çıxmasın “gələnə xoş gəldin”, gedənə “yaxşı yol” deyərlər.
- İndi münasibətləriniz necədir?
- Münasibətlərimiz? (gülümsəyir) Belə, orta. Nə görüşürük nə də danışırıq. Toğrul gözləyir ki, müəllimi, ağsaqqal adam gəlib ondan üzr istəsin. Bağışlayın, mən belə şey etmərəm. Toğrulu Toğrul edən mən olmuşam.
- Yaxınlarda prezident Gəncəyə gələndə ikiniz də orda idiniz. Görüşmədiniz?
- Yox, heç salamlaşmadıq da, yalan danışa bilmərəm.
- Belə görürəm ki, aranızdakı soyuqluqdan siz daha çox əziyyət çəkirsiniz. Hər halda illərlə əziyyət çəkdiyiniz yetirmənizlə bu gün münasibətləriniz qaydasında deyil.
- “Əziyyət çəkirsiniz” hələ yaxşı sözdür. Nə hiss etdiklərimi dilimə gətirə bilmirəm. İçimdə saxlayıram, bu da əsəblərimə mənfi təsir edir. Gərək belə olmayaydı. Mənim ürəyim, qapım həmişə Gəncə pəhləvanları üçün açıq olub.
- Yəni siz yenə Toğrula yaxın getməyə, ona doğru yol göstərməyə hazırsınız?
- Bu nə sözdür? Məndə inciklik yoxdu, elə adam deyiləm. Əzəldən belə qəbul olunub ki, ağsaqqal təqsiri də olsa cavan onun ayağına getməlidir. Sizə bir söz deyim ötən il prezident Qusarda mənə ev verdi. Hamı zəng edib təbrik etdi, bircə Toğruldan başqa. Bu mənə təsir etdi. Amma ona ev hədiyyə olunanda üzündən öpüb, təbrik etmişdim.
- Yeri gəlmişkən, Toğrul çempion olanda sizə “SEAT” markalı avtomobil hədiyyə olunmuşdu. Amma yenə köhnə model “VAZ-2101”i sürürsünüz.
- Həmin maşın qapıdadır. “01”i uzun illərdir sürürəm, öyrəşmişəm, özümü daha rahat hiss edirəm. Ondan əlavə icra başçısı “Niva” bağışlayıb. O da qapıdadır. Bir də görürsən ki, bəzi adamlar deyir ki, o maşınları niyə satmırsan? Niyə satım ki, mənə hədiyyə verilib, yadigar kimi saxlayıram. Elə bura “01”lə gəlmişəm.
- Elçin müəllim, Toğrulla sizi kim və nə barışdıra bilər?
- Barışdırmaq elədi ki ... Açıq deyim, Toğrul oturub fikirləşsin görsün səhvi harada olub. 66 yaşım var , bu boyda şəhərdə bir nəfər deyə bilməz ki, Elçin müəllim mənə mərdimazarlıq edib, kefli olub, artıq-əskik danışıb. Toğrulla oturub danışmışam və ona dediyim sözlər bu gün həqiqət olub. Ona çox şey demişəm. Amma sizə deyə bilmərəm. O öz səhvini başa düşsə, gəlsin yanıma. Mən səhv edəni bağışlamağı bacarıram. Yox, mən nəyisə düz etməsəydim ondan üzr istəyərdim. Ailə üzvlərinin- babasının, dayısının yanında söhbət düşüb, sözümü demişəm. Hamı mənim xətrimi çox istəyir. Balaca şəhərdir, adam olimpiya çempionu olanda nə olar, adam “göylə gedər”? Müəllim adama səhv nəsə deyə bilər? Toğrulu bir günə hazırlamamışam. Uzun illər idmançılarla işləmişəm.
- Çəkdiyiniz əziyyətə görə, heyfslənirsiniz?
- Əşi, yox. Beş barmağın beşi də bir ola bilməz ki. Gərək aramızda narazılıq olmaya. Mən istəyirəm Toğrulu həmişə barmaqla göstərsinlər. Tədbirlərə gedəndə ona uyğun geyinsin, geyim formasına fikir versin. Sən olimpiya çempionusan, diqqət mərkəzindəsən. Ona görə özünə fikir verməlisən. Mən bunları irad tutmuşam. Onu mən irəli çıxarmışam. Toğrul mənsiz heç kimdir. Ona sözümü demişəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























