25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

Azərbaycan parapauerliftinqçilərindən 12 medal

Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə Avropa Açıq çempionatını 12 medalla başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, 16 yaşlı paralimpiyaçı İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə yeniyetmələr arasında qalib olub.

15 yaşlı Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medal qazanıb.

19 yaşlı Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medala sahib çıxıb.

Qeyd edək ki, yarış Açıq Avropa Çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31