21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Qəbələdə yeni cüdo zalı istifadəyə verilib

Qəbələ rayonunun Vəndam qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Qəbələ Rayon Təhsil İdarəsinin müdiri Arifə Bayramova, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov və yerli sakinlər iştirak ediblər.

ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 150 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 150 idmançı cüdo ilə məşğul ola biləcək.

Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 195 idman zalına ümumilikdə 14 min tatami paylanılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31