Digər idman növləri
Ülviyyə Fətəliyeva: “Azərbaycan millisinin böyük uğurları irəlidədir”
İspaniyada keçirilən komandalar arasında dünya çempionatında gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan komandasının üzvü Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Azərbaycan komandasının dünya çempionatında son anda iştirak edəcəyi barədə məlumat veriləndə münasibətiniz necə oldu?
- Öncədən komanda olaraq bu yarışda iştirakı çox arzulayırdıq. Son anda dünya çempionatında mübarizə aparacağımızla bağlı qərar veriləndə sevincimiz böyük idi.
- Yarışda reytinq üzrə 7-ci komanda olduğunuz halda əsas hədəf nə idi?
- Yarışdan əvvəl reytinq üzrə neçənci komanda olmağımızla maraqlanmadıq. Qısa müddət qaldığı üçün ən çox rəqiblər barədə məlumat aldıq. Səmimi danışsaq, fərq etmirdi neçənci komandayıq. Əsas hədəf layiqli şahmat oynamaqla mümkün qədər yaxşı nəticə göstərmək idi. İlk məqsəd qrupdan çıxacaq komandalar sırasında yer almaq oldu.
- Qrupda 4-cü yeri tutandan sonra pley-offda fərqli və əzmkar çıxışın sirri nədir?
- Pley-offda əzmkarlıq daha da yüksəldi. Komanda olaraq sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq. Linaresdə göstərdiyimiz oyuna görə bütün komanda yoldaşlarıma, kapitanımıza, məşqçilərə minnətdarıq.
- Geriyə baxanda çempionatda ən çətin oyun hansı oldu?
- Ən çətin oyun FIDE komandasına qarşı oldu. Həm final idi, həm də son oyun olmaqla bərabər, rəqibin ən yaxşı heyətə malik olmasını qeyd etməliyəm. FIDE komandasında demək olar super ulduz şahmatçılar mübarizə apardı. Reytinqdə ilk onluqda olan və iyirmilikdə olan şahmatçılar güclü heyət formalaşdırıb. Düzünü desəm, FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi. Bununla yanaşı, Qazaxıstan komandasıyla oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı, həm də komanda ruhunu artırdı.
- Hansı qələbədən sonra finala vəsiqə qazanacağınıza inandınız?
- İspaniya komandası üzərində qələbədən sonra sona qədər irəliləyəcəyimizə inam yarandı. Bunun üçün bütün gücümüzü nümayiş etdirməyə hazır idik.
- Finalda yorğunluq, bəxtsizlik, yoxsa rəqibin təcrübəsi – hansı məqam komandamıza çətinlik yaratdı?
- Finalda yorğunluq var idi. Gün ərzində 10-12 saat şahmata baxırdıq. Təsəvvür edin, bu rejimdə gündə 2 oyun oynamaq necə çətinlik yaradır. İlk günlərdə bu çətinliyi hiss etmədik, amma sonradan Gürcüstan, Qazaxıstan, FIDE komandalarıyla matçlarda yorğunluq özünü göstərirdi.
- Dünya çempionatında gümüş medal böyük uğurdur. Bu nəticəni Ülviyyənin karyerasında ən böyük nəticə adlandırmaq olar?
- Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir.
- 1992-ci ildə futbol üzrə Danimarka millisi son anda Avropa çempionatına qatıldı və çempion oldu. Azərbaycan millisi də son anda dünya çempionatına qoşuldu və ikinci yeri tutdu. 33 il əvvəl Danimarka millisinin böyük uğurundan xəbəriniz var?
- Son anda yarışda iştirakımız təsdiqlənəndə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir müəllim 1992-ci ildəki Avropa çempionatında Danimarka yığmasının keçdiyi yolu danışdı və bizə nümunə göstərdi. Həqiqətən idmanın hər sahəsi belədir. Son anda turnirdə iştirakın məlum olanda həm fərdi, həm komanda yarışlarında yaxşı nəticə göstərmək olur. Qızlarla bir-birimizə danışanda bu ənənəni davam etdirməyi düşünürdük. Çox sevinirik ki, dünya çempionatı kimi yarışda ikinci yeri tutduq.
- Sonda şahmat həvəskarlarına, sizi dəstəkləyənlərə nə demək istərdiniz?
- Bizə dəstək olan bütün insanlara təşəkkür edirik. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov, Qədir Hüseynov, federasiya prezidenti Mahir Məmmədova, ailəmizə, dostlara minnətdarıq. Ümid edirəm ki, gümüş medalımız gənclərə, uşaqlara böyük motivasiya olar. Bizim nəticəmiz onların ürəyində işıq yandırar və böyük nəticələr qazanarlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
14.10.2026
13.10.2026
12.10.2026
























