30 May 2026, Şənbə
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
“Qrup lideri olmaq niyyətindəyik”

Digər idman növləri

Stolüstü tennisçilər Azərbaycan Kubokunda mübarizəyə start veriblər

Stolüstü tennisçilər Azərbaycan Kubokunda mübarizəyə start veriblər.

Futbolxeber.az saytının məlumatına görə, bu gün başlayan yarışda Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonları təmsil edən idmançılar mübarizə aparırlar.

"Şüa" İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova onlara uğurlar arzulayıb.

Federasiya rəsmiləri həmçinin VI İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətdən söz açıb, yarışın bürünc mükafatçıları Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovanı təbrik ediblər.

Ardınca meydan idmançıların ixtiyarına verilib. Budəfəki turnirə 14 və 18 yaşadək stolüstü tennisçilər qatılıblar. 4 gün davam edəcək yarışda komanda, şəxsi, qoşa, və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşəcək. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31