7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Digər idman növləri

Azərbaycanın 2 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

55 kq-da Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.

Tağı Nəsibov (60 kq) da ilk döyüşündən qalib ayrılıb. Təmsilçimiz 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub - 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.

Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 29-da başa çatacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30