5 Iyun 2026, Cümə
Elşad Quliyevdən qələbə şərhi
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
Addaidən “Qarabağ” paylaşımı

Digər idman növləri

Mikayıl Cabbarov: "Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar"

Azərbaycan güləşçiləri 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırıblar.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Qurum rəhbəri VI İslam Həmrəyliyi Oyunlarında medal qazanmış güləşçiləri təbrik edib:

"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar. Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal (2 qızıl, 5 gümüş və 4 bürünc) qazandı. Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik".

Qeyd edək ki, İslamiadada Azərbaycan güləşçilərindən Jalə Əliyeva və Arseniy Djioyev qızıl, Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov gümüş, Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili bürünc mükafata sahib çıxıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30