10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Anna Torstenson: “Azərbaycanda olmaq antidopinq sahəsində fikir mübadiləsi üçün əla fürsətdir”

“Bu, mənim Azərbaycana ilk gəlişimdir və hesab edirəm ki, burada olmaq antidopinq sistemini necə daha da təkmilləşdirə biləcəyimizlə bağlı vacib fikirləri bölüşmək üçün əla fürsətdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri idmançılar üzrə antidopinq ombudsmanı Anna Torstenson Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, antidopinq məsələlərində idmançılara yardım göstərmək və dəstək olmaq onların hüquqlarının qorunması baxımından çox vacib vasitədir: “Məhz bunun üçün buradayam. Yəni dopinqlə bağlı problemi olan idmançılara yardım etməyə çalışan şəxsəm. Bildiyim odur ki, indiyədək yalnız iki azərbaycanlı idmançı ombudsmana müraciət edib. Gələcəkdə isə biz AMADA vasitəsilə ombudsmanın rolu barədə məlumatı daha geniş şəkildə paylaşa bilərik. Mən də bu idmançılara proseslərində yardım göstərməkdən məmnun olaram”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31