22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib

Azərbaycan İdman Akademiyasında (ASA) Milli Olimpiya Komitəsinin (MOK) həyata keçirdiyi “Təhlükəsiz idman - hamı üçün” mövzusunda kursların iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

Futbolxeber.az saytına MOK-dan bildirilib ki, ASA-nın rektoru Fuad Hacıyev təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışıb. Rektor təlimlərdə akademiyanın 45 tələbəsinin iştirak etdiyini qeyd edərək, kursları uğurla başa vuran gəncləri təbrik edib.

Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Azərbaycanda bu layihənin 2023-cü ildən fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu illər ərzində idman ictimaiyyətində mədəni dəyişiklik, məsuliyyətli davranış və etik dəyərlərin təbliğinə böyük töhfə verilib. V.Əliyev qeyd edib ki, Azərbaycanda "Təhlükəsiz idman - hamı üçün" layihəsi MOK beynəlxalq proqramlar idarəsinin rəhbəri, mərhum Mehman Kərimovun təşəbbüsü ilə reallaşıb.

Çıxışlardan sonra kursu uğurla tamamlayan tələbələr rəsmi şəkildə sertifikatlarla təltif olunublar.

Proqramın məqsədi olimpizmin əsas dəyərləri - “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31