22 Oktyabr 2026, Cümə axşamı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi

Digər idman növləri

Şahmatçılarımız Ermənistana qalib gəldi

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitirib. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.

Qeyd edək ki, oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31