3 Sentyabr 2026, Cümə axşamı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Dinamo"dan mövsümə uğurlu start
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı

Digər idman növləri

Bakıda “İronman 70.3 Baku” yarışı keçiriləcək - Azərbaycanda ilk

Azərbaycan Triatlon Federasiyası (ATF) ölkə idmanı tarixində ilk dəfə baş tutacaq beynəlxalq "İronman 70.3 Baku" yarışı ilə əlaqədar təqdimat keçirib.

Futbolxeber.az saytının məlumatına görə, "Four Seasons" otelində təşkil olunan toplantıda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Mətbuat konfransına nazirlə yanaşı, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, "İronman" qrupunun EMEA üzrə vitse-prezidenti və baş direktoru Tomas Veye Olsen, EMEA üzrə nümayəndəsi Alberto Qarrica, EMEA üzrə regional direktoru Henrik Brovell və MDB üzrə eksklüziv "İronman" lisenziya sahibi ⁠Nurlan Abduov qatılıblar.

Məlumat verilib ki, yarış 2026-cı il sentyabrın 5–6-da keçiriləcək və "İronman 70.3", "Fun Run 5 km" və "İronkids" yarışlarını əhatə edəcək.

1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq.

90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, "İronman EXPO" zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi "İronman" məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30