3 Sentyabr 2026, Cümə axşamı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Dinamo"dan mövsümə uğurlu start
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı

Digər idman növləri

Avropa çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.

70 kq-da Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçu 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşdə ilk mərhələdən azad olan Akaki Basariya (Gürcüstan) ilə üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30