20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Boksçularımız III MDB Oyunlarına qələbə ilə başladılar

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirə millimizin 3 idmançısı qələbə ilə başlayıb.

Boksçumuz Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Yığma üzvü növbəti görüşünü oktyabrın 2-də Ruxşonabonu Ahadovaya (Özbəkistan) qarşı keçirəcək.

Cəmilə Muradlı (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Nigora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib. Özü üçün azı bürünc medalı təmin edən Muradlı finala gedən yolda Adelayda Sadvakassova (Qazaxıstan) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 2-nə təsadüf edəcək.

63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz bu mərhələnin döyüşündə David Karababayevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31