25 May 2026, Bazar ertəsi
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayevi (81 kq) təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, ACF rəhbəri bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

"Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Zelim Tçkayev bürünc medal qazandı. Zelimi bu nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində mübarizə aparacaq bütün cüdoçularımıza uğurlar arzulayıram", - deyə R.Nəbiyev bildirib.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31