2 Sentyabr 2026, Çərşənbə
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Digər idman növləri

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb və çinli Tsyanqnan Vanı məğlub edib.

Zelim 1/8 finalda braziliyalı Luan Almeydaya, 1/4 finalda yaponiyalı Yoonvan Linə qalib gəlib. Lakin Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.

3-cü yer uğrunda görüşdə cüdoçumuz BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən üstün olaraq bürünc medalı qazanıb.

Qeyd edək ki, Azərbaycan dünya çempioatında 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30