9 Aprel 2026, Cümə axşamı
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Digər idman növləri

Güləş millimiz Avropa çempionu olub

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan yığması qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.

Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib.

Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.

Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30