4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Digər idman növləri

İstanbuldakı Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq

Mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda Azərbaycanın 38 cüdoçusu mübarizə aparacaq.

Futbolxeber.az saytının məlumatına görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkə ümumilikdə 10 çəki dərəcəsində (28 oğlan, 10 qız) təmsil olunacaq.

Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Turnirdə 30 ölkədən 529 cüdoçu (355 oğlan, 174 qız) iştirak edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30