4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Digər idman növləri

Azərbaycanı Türkiyədə keçiriləcək Zəfər Kubokunda təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı Türkiyənin Antalya şəhərində 17 yaşadək güləşçilər arasında keçiriləcək Zəfər Kubokunda təmsil edəcək idmançılar müəyyənləşib.

Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ənənəvi yarışda qızlardan ibarət komanda mübarizə aparacaq.

Turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) qüvvələrini sınayacaqlar.

Zəfər Kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.

Qeyd edək ki, sabah startı veriləcək yarış üç gün davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30