19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Azərbaycan güləşçisi Budapeştdə keçirilən beynəlxalq turnirdə çempion olub

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb.

Futbolxeber.az saytına bu barədə "Report"a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

U-17 Avropa çempionatının bürünc mükafatçısı olan E.Əliyev 82 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ənənəvi yarışda U-20 yaş qrupu üzrə millinin bir neçə üzvü də iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında mübarizə aparan Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mükafat qazana bilməyiblər.

Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstanın Tata şəhərinə yollanıblar. Belə ki, onlar mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31