1 Iyun 2026, Bazar ertəsi
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi

Digər idman növləri

FİDE prezidenti Bakıya gəldi

Bu gün Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Baku Kristal Zal-ın Sərgi Mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq.

Açılış mərasimində iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.

Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. Festival  həmçinin  “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30