3 Iyun 2026, Çərşənbə
Millimiz Serbiyaya qarşı
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da

Digər idman növləri

Yunan-Roma güləşçilərimiz toplanışa start veriblər

Azərbaycan yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.

Futbolxeber.az saytının Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışı Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.

Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışını davam etdirir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunan toplanışa gənclərdən ibarət milli də qatılıb.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar da məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.

“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcəklər.

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30