19 May 2026, Çərşənbə axşamı
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu

Digər idman növləri

Azərbaycanın 4 boksçusu Bolqarıstanda keçirilən turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 4 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Nicat Hüseynov (51 kq) Skott Riçardsla (Uels) üz-üzə gəlib. 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qələbə qazanan Avropa çempionu yarımfinalda Daniyal Sabitlə (Qazaxıstan) döyüşəcək.

Zəlimxan Süleymanov (57 kq) 1/4 finalda Miçele Baldassidən (İtaliya) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O, finala gedən yolda Giorgi Kapanadzeni (Gürcüstan) sınağa çəkəcək.

Zaur Qəhrəmanov (67 kq) rinqdən qalib ayrılıb. Boksçumuz Canluici Malanqanı (İtaliya) 5:0 (29:27, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Demur Kajaya (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Nəbi İsgəndərov (67 kq) da adını yarımfinala yazdırıb. O, Rumen Rumenovla (Bolqarıstan) görüşü xeyrinə bitirib – 5:0 (30:24, 30:26, 29:27, 29:27, 30:26). İsgəndərov növbəti qarşılaşmasında Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.

Dörd boksçumuz yarımfinala yüksəlməklə yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri martın 1-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31