17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Digər idman növləri

Azərbaycan badmintonçuları Uqandada 6 medal qazanıblar

Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 6 medal qazanıblar.

Futbolxeber.az saytının Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medala yiyələnib.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva gümüş medalla kifayətlənib. Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.

Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemləri "Uganda Junior International 2025" turnirində bürünc medal qazanıblar.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva cütlüyü gümüş medala yiyələnib.

Daha bir badmintonçumuz - Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində gümüş medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31