10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Azərbaycanın millisi Avropa birinciliyində 11-ci olub

Azərbaycanın qız sablyaçılardan ibarət millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.

Futbolxeber.az saytının Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət sablya üzrə kollektiv Avropa çempionatında 11-ci olub.

İlk görüşündə Ukrayna yığmasına 29:45 hesabı ilə uduzan sablyaçılar 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə polşalı rəqiblərinə 37:45 hesabı ilə məğlub olublar. Komanda 11-ci yer uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisini 45:42 hesabı ilə üstələyib.

Vahab Fətullayev, Emin Səfərbəyov və Oruc Misirzadədən ibarət qılıncoynatmanın şpaqa növü üzrə komanda isə ilk görüşündə Avstriya yığmasına 34:45 hesabı ilə uduzaraq turniri 18-ci sırada başa vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31