21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinala yüksəlib.

Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə çıxmadığına görə təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31