8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər 12:30-da başlayacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31