29 Iyul 2026, Çərşənbə
"Qəbələ"də portuqaliyalı vinger
"Turan Tovuz"dan heç-heçə
"Qarabağ" azarkeşlərinə şad xəbər
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı

Digər idman növləri

Güləşçimiz yarımfinala uduzdu

125 kq çəkidə yarışan Azərbaycan milli komandasının sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
 
Futbolxeber.az saytının məlumatına görə, Avropa çempionatlarının bürünc mükafatçısı Giorgi Meşvildişvili mübarizəyə 1/8 finaldan başlayıb. 32 yaşlı milliləşdirilmiş gürcüstanlı legionerin rəqibi Misiri təmsil edən Kamal Diaalyeldin Abdelmottaleb olub.
 
Giorgi Meşvildişvili qələbə qazanaraq (4:0) 1/4 finala yüksəlib.
 
Bu mərhələdə onun rəqibi Monqolustan idmançısı Munxtur Lxaqvarqerel (26 yaş) olub. Görüş güləşçimizin 12:2  hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz yarımfinala yüksəlib.
 
O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb. Təmsilçimiz 0:7 hesabı ilə uduzub. Bununla da, o, sabah bürünc medal uğrunda yarışacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31