22 Oktyabr 2026, Cümə axşamı
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

ARAF kuboku uğrunda konkur yarışları başa çatıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda ARAF kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.
 
Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün başa çatan turnirin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Seyid Musayev isə “Ayla” ləqəbli atla üçüncü yerin sahibi olub.
 
M kateqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 9 idmançı yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak edib.
 
Sonda hər üç kateqoriyada birinci yerin sahiblərinə “ARAF” kuboku, ikinci və üçüncü pillələri tutanlara medallar, həmçinin ARAF-ın fəxri diplomları təqdim edilib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31