19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Avropa çempionatının son günündə 3 gümüş, 1 bürünc medal

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
 
Camal Abbasov (57 kq) finalda rusiyalı Andrey Midlovetslə qarşılaşıb. Həmyerlimiz ilk hissəni minimal fərqlə öndə tamamlasa da, ikinci hissədə fiziki göstəriciləriylə seçilən rəqib daha yaxşı güləşib. Yekunda 1:6 hesabıyla məğlub olan Camal gümüş medalla kifayətlənib.
 
Sadiq Mustafazadə (86 kq) finalda rusiyalı İbrahim Kadiyevlə güləşib. Milli üzvü güclü rəqibinə 1:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.
 
Anar Cəfərli (97 kq) finalda rusiyalı Mustafaqadji Malaxdibirovla üz-üzə gəlib. Görüşə Anar yaxşı başlasa da, rəqibin silsiləvi “xaç” fəndindən xilas ola bilməyib. Belədə Anar da gümüş medalı boyundan asıb.
 
Yusif Dursunov (125 kq) təsəlliverici görüşdə italiyalı Martino Pilieroya “tuş”la qalib gəlib. Həmyerlimiz bürünc medal uğrunda ukraynalı İvan Miroşniçenkoyla gərgin mübarizədə sevinən tərəf olub – 3:2. Beləliklə, Dursunov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31