5 Iyun 2026, Cümə
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Digər idman növləri

FİDE reytinqi: Şəhriyar və Teymur gerilədi

FİDE iyul ayı üçün şahmatçıların reytinqini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2726) üç pillə geriləyib. 39 yaşlı qrossmeyster 19-cu pillədə yer alıb.
 
Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb. Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib.
 
Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (2990, Norveç) başçılıq edir. Hikaru Nakamura (2802, ABŞ) ikinci Fabiano Karuana (2796, ABŞ) isə üçüncüdür.
 
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407) 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova “Top-100”ü tərk edib.
 
Qadın şahmatçıların siyahısında ilk üç pillədə çinli qrossmeysterlər - Yifan Hou (2632), Venjun Ju (2566) və Ley Tinqjie (2548) yer alıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30