2 Iyun 2026, Çərşənbə axşamı
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Azərbaycan taekvondoçuları "Asiya uşaqları" Oyunlarında 4 medal qazanıblar

Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 4 medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli 1/4 finalda Rusiya təmsilçisi Yeqor Jirkovu məğlub edib. Yarımfinalda tailandlı Puriç Madsamanı üstələyən idmançımız həlledici görüşdə özbəkistanlı Behruz Salimova uduzaraq gümüş medalla kifayətlənib.
 
55 kiloqramda yer alan Ziya Həsənli ilk görüşündə rusiyalı Lvov Nurgunu yenərək yarımfinala adlayıb. Finala gedən yolda belaruslu Stepan Hoidzaya məğlub olan taekvondoçumuz bürünc medal uğrunda qarşılaşmada Nurislam Yunusovdan güclü olub.
 
63 kiloqram çəki dərəcəsində mübarizə aparan Vasif Səlimov 1/4 finalda rusiyalı Andrey Artemenkoya, yarımfinalda isə qazaxıstanlı Beket Bolatulına qalib gəlib. Həlledici döyüşdə özbəkistanlı Cahongir Sırikbayevdən üstün olan Azərbaycan təmsilçisi qızıl medala sahib çıxıb.
 
Qız taekvondoçular arasında isə 63 kiloqram çəki dərəcəsində yarışan Fatimə Həsənova özbəkistanlı Zilola Mamirova ilə mübarizədən qalib ayrılaraq yarışda 3-cü yeri tutub







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30