2 Iyun 2026, Çərşənbə axşamı
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Güləşçilərimizdən 4 medal

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Əmrah Əmrahov (48 kq) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.

Əli Nəzərov (55 kq) ukraynalı Daniil Suşçenkoya 7:3 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Orxan Hacıyev (80 kq) ilk hissədə moldovalı Nikita Apostolla (9:0) dueldən qalib ayrılmaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Mikayıl İsmayılov (110 kq) isə belaruslu Daniil Maslakovu 4:1 hesabıyla məğlub edərək bürünc medala sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyinə 1 gümüş və 3 bürünc medalla başlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30