3 Fevral 2026, Çərşənbə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Digər idman növləri

Azərbaycanın boksçularında Sarayevoda uğurlu start

Azərbaycanın boksçuları - Kənan Aslanlı və Adil Zalov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.
 
Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, K.Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb.
 
Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə Azərbaycan idmançısının xeyrinə yekunlaşıb. O, növbəti görüşdə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.
 
A.Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda gürcüstanlı Luka Mazanaşvilini mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Bu boksçumuz da ikinci döyüşündə irlandiyalı idmançı ilə üz-üzə gələcək. Onun rəqibi Con Maher olacaq.
 
Hər 2 görüş iyunun 25-də baş tutacaq.
 
Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28